Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir

saytların hazırlanması

Evə çatdırılma

Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir

Turizm

24 İyun 2026 16:57 134


ADY Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işlərini davam etdirir.

Bu barədə "Yeni Sabah"a qurumdan məlumat daxil olub.

Bildirilib ki, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb. Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir. Toyuqlu pizza

Hazırda yol yatağının tikintisi davam etdirilir.

Qeyd edək ki, bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!