Yevlaxda ağır yol qəzası: 2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda ağır yol qəzası: 2 nəfər öldü

Hadisə

26 Oktyabr 2025 19:15 264


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Yuxarı Qarxun kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və “КамАЗ” markalı iki yük avtomobili toqquşub, 2 nəfər yük avtomobilində sıxılı vəziyyətdə qalıb. pizza

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!