Yevlaxda dezinfeksiya işləri aparılır - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda dezinfeksiya işləri aparılır - Fotolar

Rəsmi

05 Mart 2020 09:12 775


Yevlax rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinin tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir. "Yeni Sabah" xəbər verir ki, şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, Yevlax Şəhər "Cümə" Məscidi, rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, Mərkəzi Bazar, Avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazidəki konteyner meydançalarında, bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır. Bu işlər həm də rayonun kəndlərində keçirilir. Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə Şəhər İcra Hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir. İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir. https://cdn.yenisabah.az/files/02_91583385164.jpg https://cdn.yenisabah.az/files/03_11583385164.jpg https://cdn.yenisabah.az/files/04_21583385164.jpg https://cdn.yenisabah.az/files/05_51583385164.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!