Yıldız Tilbedən səhnədə etiraf: “Mikrofon tutmağım belə qadağandır”

saytların hazırlanması

Evə çatdırılma

Yıldız Tilbedən səhnədə etiraf: “Mikrofon tutmağım belə qadağandır”

Şou

23 İyul 2025 14:18 452


Türkiyənin güclü səslərindən biri sayılan Yıldız Tilbe səhnədə sağlamlığı ilə bağlı ilk dəfə açıqlama verib.

Yenisabah.az xəbər verir ki, Çeşmədə konsert verən sənətçi yüksək təziqi olduğunu açıqlayıb. 

Səhnədə tamaşaçılarla səmimi söhbət edən Tilbe bildirib ki, təzyiqi uzun müddətdir qeyri-sabitdir. Toyuqlu pizza

Müğənni yaşadığı prosesi belə ifadə edib:

“Həkim mənə bəzi tövsiyələr verdi. Pilates və yoga ilə məşğul olmağımı söylədi. Artıq 59 yaşım var və yaşla əlaqədar olaraq əzələlərimin qısaldığını bildirdi. Hətta mikrofona zərər gəlməsin deyə, mikrofonu əlimdə tutmağımı belə qadağan etdi”.

Konsert boyunca enerjisi və səmimiyyəti ilə alqışlanan Yıldız Tilbe səhnədə olmağın, sağlamlıq problemlərinə baxmayaraq, onun üçün böyük bir motivasiya olduğunu da əlavə edib.

Müğənninin bu etirafı sosial şəbəkələrdə geniş rezonans doğurub və izləyicilər ona dəstək mesajları ünvanlayıblar.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!