Yol kənarında tapılan 18 yaşlı qızın ölüm səbəbi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Yol kənarında tapılan 18 yaşlı qızın ölüm səbəbi bəlli oldu

Kriminal

09 Oktyabr 2019 15:32 1320


Beyləqanda yol kənarında huşsuz tapılan 18 yaşlı qızın ölüm səbəbi bilinib. 

"Yeni Sabah"  xəbər verir ki, günorta saatlarında xəstəxanada vəfat edən Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı döyülməyib. 

Meyitin müayinəsi zamanı məlum olub ki, A.Quliyevanı maşın vurub. Marqarita pizza

Yuxarı Aran kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ailəsində hər hansı problem olmayıb. Hazırda onlar da hadisənin təsirindədir. A.Quliyevanın iki bacısı və üç qardaşı var. 

Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!