İngiltərədə bir qrup gəncin sosial şəbəkədə paylaşdığı fotolar medianın gündəminə düşüb.
Yenisabah.az xəbər verir ki, onlar yol kənarındakı kiçik evi təsadüfən aşkarlayıblar. Gənclər otaqlardan birinin meyitxana kimi istifadə edildiyini gördükdə dəhşətə gəliblər.
Evlə bağlı araşdırma aparan cavanlara yaxınlıqda xəstəxananın yerləşdiyi və evin həmin xəstəxananın meyitxanasıtək istifadə edildiyi bildirilib. Ancaq evin yalnız bir hissəsinin niyə şkafla təchiz olunduğu hələlik məlum deyil. Sezar pizza
Gənclər evə girdikdə qorxulu anlar yaşadıqlarını bildiriblər:
"Maraqlı gəldi deyə, evə baxmaq istədik. Gördüklərimizin nə qədər qorxulu olduğunu deməyə ehtiyac yoxdur. Cəsədləri soyuducu dolablarında saxlayırmışlar. Otaq kiçik olsa da, lazım olan hər şey var idi”.
Xoşagəlməz halların qarşısının almaq üçün evin ünvanı göstərilməyib.
Telegram kanalımız