Yol polisi Bakıda reyd keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi Bakıda reyd keçirdi

Kriminal

30 Mart 2019 22:53 1586


Paytaxtda ictimai təhlükəsizliyin da yüksək səviyyədə təmin edilməsi məqsədi ilə  mərkəzi küçə və prospektlərlə yanaşı Sabunçu, Xəzər və Pirallahı rayonlarında da profilaktik-maarifləndimə tədbirləri həyata keçirilib. 

DİN-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, tədbir zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə də profilaktik söhbətlər aparılıb. Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib. 

Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri izah edilib.  pizza sifarişi

Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin ənməkdaşları tərəfindən də rayon ərazisində nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçıları olan sürücü və piyadalarla fərdi söhbətlər aparılıb. Söhbətlər zamanı yol polisləri sürücü və piyadalara inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığına ciddi ziyan vurduğu barədə məlumat veriblər. Piyada keçidlərindən istifadə etməyən şəxslərə zah edilib ki, yol polisinin əsas məqsədi insanları inzibati qaydada cərimələmək yox, onlara təhlükəsizlik vərdişlərini aşılamaqdan ibarətdir. Bu səbəbdən həmin piyadalara bir daha yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməmələri barədə xəbərdarlıq edilib. 

Tədbir zamanı Bakı şəhərinin mərkəzi küçələrində sərxoş halda avtomobil idarə edən sürücülər də saxlanılıb. Belə sürücülər barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib edilib avtomobillər isə müvəqqəti mühafizə olanan duracağa yerləşdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!