Yol polisi təqib edərkən həlak olan sürücünün ailəsi ölkə rəhbərliyinə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

Yol polisi təqib edərkən həlak olan sürücünün ailəsi ölkə rəhbərliyinə müraciət etdi

Kriminal

28 İyun 2019 11:21 1425


12 yanvar 2019-cu il tarixində Şirvan şəhər Yol Patrul Xidməti əməkdaşları tərəfindən qovularaq təqib olunan və bu zaman baş verən avtoqəza nəticədə həlak olan Azər Şamiyevin doğmaları, cinayət işi üzrə sübut və dəlillərin saxtalaşdırılması, ibtidadi istintaqın qeyri-düzgün aparılmasıyla bağlı  ölkə prezidentinə, Birinci vitse-prezidentə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

Ailədən “Yeni Sabah”a daxil olan müraciətdə deyilir:

Mənim Sizə müraciət etməkdə məqsədim budur ki, oğlum Azər Fərəməz oğlu Şamiyevin  Şirvan Yol polis bölməsinin əməkdaşları  tərəfindən öldürülməsi faktına bu günədək hüquqi qiymət verilməyib, cinayətkarlar azadlıqdadır.  pizza sifarişi

Hazırda Neftçala və Saatlı rayonlarında xidmət göstərirlər. Şirvan şəhər hüquq-mühafizə orqanları cinayət işi üzrə istintaq hərəkətlərini düzgün aparmır, maddi sübutların saxtalaşdırılmasına yol verir. Şirvan şəhər Polis İdərəsi hadisə zamanı kamera görüntülərini istintaqdan yayındırmaqla qatil əməkdaşlarını məsuliyyətdən yayındırır.

Haqq-ədalət öz yerini tapmayıb. Oğlumun qatilləri rüşvət müqabilində məsuliyyətdən yaxa qurtarmağa müvəffəq olublar.

Mən ağbirçək ana qismində sizlərdən bir daha xahiş edirəm, yalnız sizə güvənirəm, işə yenidən baxılsın. Oğlumun 4 övladını yetim qoyan Nazim Mirzəyev və Sadiq Həsənovun cinayət əməllərinə hüquqi qiymət verilsin. Çox xahiş edirəm, ədalətin bərpa olunmasında bizə kömək edin”. 

Materialla bağlı daha ətraflı videomüraciəti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!