Yol polisində Vaqif Əsədovun yerinə təyinat oldu

saytların hazırlanması

Evə çatdırılma

Yol polisində Vaqif Əsədovun yerinə təyinat oldu

Maraqlı

20 Dekabr 2023 14:10 987


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib. Dördpendirli pizza

Bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!