Bakıda yol polisini təhqir edən sürücü bu əməlinə görə üzr istəyib.
Onun üzrxahlıq videosu sosial şəbəkələrdə yayılıb. Onkoloji və şəkər xəstəsi olduğunu deyən taksi sürücüsü əsəblərini cilovlaya bilmədiyini və polisi təhqir etdiyini deyib.
“Onu özüm tapdım, üzr istədim. Nə demişəmsə özümə aid olsun”, - deyə sürücü bildirib. Dördpendirli pizza
Taksi sürücüsü həmçinin qeyd edib ki, polislə arasında olan insidentin videosunu yayanlar onu biabır ediblər. “Qohum-əqrəba içində biabır olmuşam”,- deyən taksi sürücüsü göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, bir neçə saat əvvəl taksi sürücüsünün saxlanıldığı barədə məlumat yayılmışdı.
Telegram kanalımız