Yol qəzası daha bir can aldı - Azərbaycanda -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yol qəzası daha bir can aldı - Azərbaycanda - Fotolar

Hadisə

20 Noyabr 2019 18:30 1208


Kürdəmir rayonunda yol qəzası baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Vəliyev Yaşar Pirəli oğlunun idarə etdiyi "Shachman" markalı yük maşını İsmayıllı rayon sakini, 1990-cı il təvəllüdlü Abasov Vasif Elman oğlunun idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun avtomobildə sıxılıb qalmış meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!