Yol tikintisinə 2,8 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Yol tikintisinə 2,8 milyon manat ayrıldı

Sosial

03 Aprel 2019 19:11 668


Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Yeni Sabah"ın məlumatına görə, sərəncama əsasən, Bakı-Şamaxı-Yevlax (12 km)-Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!