Yollarda bu zolaqlara daxil olanlar cərimələnəcək -   SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Yollarda bu zolaqlara daxil olanlar cərimələnəcək - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Hadisə

05 May 2026 11:55 255


“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı yaradılacaq “yaşıl zolaqlar”a daxil olmaq qayda pozuntusu hesab olunacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.

O qeyd edib ki, yeni tətbiq olunan “yaşıl zolaq” adlanan avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunacaq:

“Bu qayda pozuntusu hesab olunur və buna görə müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrdən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!