Yoluxmanın çoxalması dövlətin yükünü artırır

saytların hazırlanması

Evə çatdırılma

Yoluxmanın çoxalması dövlətin yükünü artırır

Sağlamlıq

18 Noyabr 2020 11:17 738


Azərbaycanda COVİD-19-a yoluxma sayındakı artımın davam etməsi dövlətin, xüsusən də səhiyyənin yükünü xeyli artırır.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma sayındakı yüksək göstəricilər bir çox ölkələrdə müşahidə olunur. Dominos pizza

Baş infeksionist qeyd edib ki, yoluxma sayında olan artım gözlənilən idi və bu, hələ yay aylarında proqnozlaşdırılmışdı.

T.Eyvazov əlavə edib ki, yoluxma sayındakı artımla bağlı vəziyyətdə iqlim faktorları ilə yanaşı, əhalinin müvafiq gigiyena qaydalarına nə dərəcədə əməl etməsi də çox önəmli rol oynayır:

"Biz yeni koronavirus infeksiyasının gedişini yaz-yay aylarında izləyə bildik. İndi isə payız-qış mövsümüdür. Biz bu dövrü ilk dəfədir ki, izləyirik və buna görə də gözlənilən vəziyyətlə bağlı proqnoz vermək çox cətindir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!