YPX avtomobili polis əməkdaşını vuraraq öldürdü - RƏSMİ

YPX avtomobili polis əməkdaşını vuraraq öldürdü - RƏSMİ

Hadisə Veb saytların hazırlanması

04 Mart 2020 19:42 3253


Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib. "Yeni Sabah" xəbər verir ki, DİN-in mətbuat xidmətindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir: "Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu keçərkən həmin yolda hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Bəzi sosial şəbəkə istifadəçiləri yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə yalan və əsassız iddialar səsləndirirlər. Bir daha qeyd edirik ki, bu hadisə də hər gün rastlaşdığımız yol-nəqliyyat hadisələrindən biridir. Təəssüf ki, bu yol-nəqliyyat hadisəsində həlak olan bizim əməkdaşlarımızdan biri olub".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!