Yüksək xolesterin və şəkəri sürətlə azaldan qida

saytların hazırlanması

Evə çatdırılma

Yüksək xolesterin və şəkəri sürətlə azaldan qida

Sağlamlıq

09 Oktyabr 2020 09:34 1490


Mərci qanda yüksək xolesterin və şəkər səviyyəsini sürətlə azaldan ən yaxşı qarnirlərdən biridir. Mütəxəssislər, kartof püresi və ya bişmiş ağ düyü kimi məşhur qarnirlərin mərci ilə əvəz edilməsini məsləhət görürlər.

Yenisabah.az xəbər verir ki, bu növ paxlalılar ürək-damar sisteminin vəziyyəti üçün daha faydalıdır – belə qarnirin sayəsində o xolesterinin və şəkərin artıqlarından daha səmərəli azad edilir.

Mərcinin tərkibinə çox miqdarda fol turşusu, bitki zülalı, sellüloz daxildir - bu kompleks xolesterinin səviyyəsinin azalması proseslərini aktivləşdirir. Toyuqlu pizza

Bundan əlavə, mərcinin tərkibində zülal və lif çoxdur - bu, həzmi ləngidir və bununla birlikdə şəkərin sərbəst buraxılmasına mane olur. Bu qarnirin qəbul edilməsi qanda qlükozanı yüzdə 35-ə qədər endirə bilər.

Qanda çox yüksək miqdarda şəkər və xolesterinin olması, 2-ci tip diabet, ateroskleroz, infarkt, insult inkişafı da daxil olmaqla təhlükəli nəticələrə gətirib çıxara bilər. Bununla belə, göstəricilər kritik dəyərlərə çatmayana qədər pozuntular heç bir şəkildə özünü göstərməyə bilər. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!