“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı

saytların hazırlanması

Evə çatdırılma

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı

Siyasət

08 May 2022 16:55 225


Bu gün "Yüksəliş" müsabiqəsinin Onlayn mərhələsinin son turu olan “Qabiliyyət üzrə imtahan”ı keçirilib.

Yenisabah.az xəbər verir ki, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.

Baş prokuror Füzulidə vətəndaşları qəbul edəcək
Ukraynada həlak olan azərbaycanlının nəşi bu gün Vətənə gətiriləcək
Yanvar-fevralda 616 əkiz, 33 üçəm doğulub
Onlayn mərhələnin ilk turundan uğurla keçən 6041 namizəd Qabiliyyət üzrə imtahanda iştirak edib. İmtahanda verbal və rəqəmsal məlumatlarla işləmək bacarığının, abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə 3 bölmədə suallar təqdim edilib. pizza hut

Xatırladaq ki, "Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin hər iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların “Qabiliyyət üzrə imtahan” nəticələri T-şkala əsasında hesablanaraq növbəti həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.

Qarşıda iştirakçıları 3 mərhələ - əyani, yarımfinal və final mərhələləri gözləyir.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!