Yunanıstanın Baş naziri Türkiyəyə gəlir

saytların hazırlanması

Evə çatdırılma

Yunanıstanın Baş naziri Türkiyəyə gəlir

Dünya

05 Fevral 2026 16:08 324


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Altıncı Toplantısı çərçivəsində baş tutacaq səfər zamanı liderlərin təkbətək görüşü və nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.

Danışıqlarda ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal hadisələr ətrafında da fikir mübadiləsi aparılması planlaşdırılır. Dördpendirli pizza

Səfər çərçivəsində iki ölkə arasında münasibətləri möhkəmləndirməyə yönəlmiş bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!