FİFA 2019-cu ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, mükafatın sahibi İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təşkil olunan tədbirdə elan olunub.
Bu ada “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp layiq görülüb. O, “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino və “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanı arxada qoyub. pizza hut
Qeyd edək ki, ən yaxşı çalışdırıcı milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşib.
Telegram kanalımız