Yuval Şabtay: “Bakıdakı möhtəşəm çempionatın bir hissəsi olmaq bizim üçün şərəfdir”

saytların hazırlanması

Evə çatdırılma

Yuval Şabtay: “Bakıdakı möhtəşəm çempionatın bir hissəsi olmaq bizim üçün şərəfdir”

Minifutbol 2025

29 May 2025 14:49 8524


İsrail minifutbol millisinin baş məşqçisi, eyni zamanda oyunçusu Yuval Şabtay Bakıda təşkil olunan dünya çempionatını FIFA-nın bayrağı altında keçirilən çempionatlara bənzədib.

Yenisabah.az xəbər verir ki, o, "Report"a açıqlamasında bu yarışda iştirak etmələrini özləri üçün şərəf hesab edib.

"Çətin oyun oldu. Çexiya bizdən daha yaxşı komanda idi. Oyunun sonuna qədər 0:4 hesabı ilə geridə idik. Azərbaycana təşkilatçılığa, xoş qarşılanmaya görə təşəkkür edirəm. Azərbaycan Minifutbol Federasiyası yarışı möhtəşəm təşkil edib. Deyərdim ki, FIFA-nın təşkil etdiyi dünya çempionatlarına bənzəyir. Bakını gəzirik, gözəl şəhərdir, insanları yaxşıdır. Bu möhtəşəm dünya çempionatının bir hissəsi olmaq bizim üçün şərəfdir", - deyə futbolçu bildirib. pizza mizza

Y.Şabtay Azərbaycan millisinin dünya çempionatının qalibi olacağını düşünür:

"Düşünürəm ki, dünya çempionatının favoriti Azərbaycan yığmasıdır. Futbolçuların hər biri digər komandalarda yer alanlarla müqayisədə üstündürlər. Serbiyaya qarşı oynamağın da çətin olduğunu düşünürəm. Bütün komandaların şansı var, amma mən Azərbaycan millisinin çempion olacağını düşünürəm".

Qeyd edək ki, İsrail yığması dünya çempionatının 1/8 finalında ötən gün Çexiyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!