Yuxusuz qalmaq ölüm riskini 3 dəfə artırır

saytların hazırlanması

Evə çatdırılma

Yuxusuz qalmaq ölüm riskini 3 dəfə artırır

Sağlamlıq

06 Yanvar 2021 17:03 755


Alimlərin araşdırmalarına görə qaydasız yuxu rejimi insan səhhətinə həddən artıq mənfi təsir edir.

Yenisabah.az axşam.az-a istinadla bildirir ki, bununla bağlı araşdırma aparılıb. Məlum olub ki, gündə 7 saatdan az yatmaq iki, 6 saatdan az yatmaq isə 3 dəfə ölüm riskini artırır.

Yuxu dərmanlarının qəbulu isə istənilən halda arzulanmaz xəstəliklərə səbəb olur. Marqarita pizza

Buna görə də mütəxəssislər yuxusuzluqdan əziyyət çəkən insanlara aşağıdakı qidaları qəbul etməyi məsləhət görür.

1. Maqnezium

Yaxşı yuxu üçün maqneziumla zəngin göyərti, balqabaq toxumu və Braziliya qoz-fındığını yeyə bilərsiniz.

2. Aminosirkə turşusu

Tədqiqatlar nəticəsində məlum olub ki, bu turşu dərin və rahat yuxu gətirir.

3. B12  və E vitaminləri

Orqanizmdə B12 səviyyəsinin aşağı olması yorğunluğa və yuxu pozğunluğuna səbəb olur. Buna görə də tərkibində çoxlu  B12 və E vitaminləri olan qidalar istehlak edilməlidir. E vitamini yatmanıza kömək edən bir antioksidandır.

4. Yumurta və quş əti məhsulları

Bu qidaları mütləq yeməyinizə əlavə edin. Yuxunu normallaşdırmağa kömək edir.

5. Acı bibər

Bu ədviyyat əhval-ruhiyyə, enerji yüksəkliyinə kömək edir. Beyin funksiyaları üçün faydalıdır. İnfarktın  qarşısını alır. Bütün zehni sağlamlığa faydalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!