Böyük Britaniya kraliçası II Elizabet “Brexit” sazişini təsdiqləyib. O, həmçinin, Avropa Parlamentinin konstitusiya işləri üzrə komitəsi fövqəladə iclasda Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağı haqqında razılaşmanı təsdiqləyib. Avropa Parlamentinin yanvarın 29-da plenar sessiyasında səsvermədən sonra proses yekunlaşacaq. Bundan əvvəl isə İngiltərə parlamentinin İcmalar Palatası və Lordlar Palatası da bu sazişi təsdiqləyib. Bununla da yanvarın 31-də Britaniyanın Avropa İttifaqını tərk etməsi üçün bütün əngəllər aradan qalxıb. Baş nazir Conson isə bildirib ki, ölkəsi gələn həftə Aİ-ni tərk edəcək.
Bəs görəsən, bu proses Avropaya və dünyaya hansı dəyişiklikləri vəd edir? Britaniyanın Aİ-dən çıxmasının Azərbaycandakı layihələrə və ikili əlaqələrə hansı təsirləri olacaq?
Bu suallarımıza cavab tapmaq üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu saziş Avropa Birliyinin bir çox qaydalarını Böyük Britaniyada qüvvədən salacaq, əvəzində Britaniyada yeni rüsum, vergi, viza məsələlərinə aid qaydalar tətbiq ediləcək. N.Cəfərli saziş imzalansa da, Britaniyanın Aİ-dən çıxmasının ən az 2 il çəkəcəyini qeyd edib: Toyuqlu pizza
“Əslində, “Brexit” tərfdarları və əlehdarları Britaniyanın özündə çoxdur. Əsas məsələlərdən biri də Britaniya ilə Avropa Birliyi ölkələri arasında gömrük sazişinin, viza sazişinin hansı formada olacağı, sərbəst gəliş-gedişin bu gün davam edib-etməyəcəyi, ticarət müqavilələri bağlanarkən hansı kriteriyalara əməl edilib-edilməyəcəyidir.
Çünki Avropa Birliyi ölkələri daxili ticarət müqavilələri bağlayarkən Avropa Birliyi kriteriyalarına uyğun ticarət müqavilələri imzalayır. Avropa Birliyi isə vahid iqtisadi zona kimi qəbul olunur. İndi bu problemlərin daha çox artması ehtimalı var.
Britaniya tərəfindən “Brexit”in elan olunması çox populist addım oldu. Ona görə populist yanaşma oldu ki, Britaniya hökuməti, “Brexit” tərəfdarları bu sazişlə Britaniyanın daha da müstəqil olacağını söylədilər. Avropa Birliyinin ümumi kriteriyalarının ziyanlı olduğunu insanlara çatdırmağa çalışdılar. Çünki Britaniya Avropa Birliyinin ən böyük ölkələrindən biri idi. Kvotalara görə, Britaniya daha çox qaçqın qəbul etməli idi, qaçqınlara yardım proqramında iştirak etməli idi. İndi bunlardan kənarda qalır.
Əslində, prosesin daha uzun sürəcəyini düşünürəm. Formal olaraq, yanvarın sonu çıxış gözlənilsə də, obrazlı desək, Avropa Birliyi ilə Britaniyanın “boşanması” 2 il çəkəcək. Çünki bir çox müqavilələr yenilənməlidir - ticarət müqavilələri, insanların gediş-gəliş məsələləri, iş vizaları məsələsi. Avropa Birliyi ölkələrinin vətəndaşı Britaniyada sərbəst şəkildə həm gedə bilirdilər, həm də iş müqavilələri imzalaya bilirdilər. İndi isə bu kriteriyalar dəyişdikcə yüz minlərlə insan var ki, orada çalışırlar, amma yenidən iş vizası almalı olacaqlar, işlə bağlı müraciətlər edəcəklər. Ticarət müqavilələri yenilənməli, gömrük rüsumları müəyyənləşdirilməlidir. Gömrük rüsumları əvvəldə ümumilikdə Avropa Birliyinə aid idi, indi Britaniyaya xüsusi qaydalar tətbiq olunacaq. Ona görə də, ən az iki il bu prosesin sürəcəyini düşünürəm.
Həm də burada bir İrlandiya məsələsi var. İrlandiyanın bir hissəsi müstəqil dövlət kimi Avropa Birliyinin tərkibində qalır, amma Britaniyaya aid olan hissəsində isə “Brexit” sazişi təsdiqlənir. Bu iki İrlandiya arasında sərhədlərin yenilənməsinə, keçid məntəqələrinin quraşdırılmasına, gömrük rüsumlarının yenidən tətbiq olunmasına səbəb olmalıdır. Yəni, kifayət qədər böyük problemlər var”.
Ekspert sazişin Britaniya iqtisadiyyatı üçün yaratdığı təlatümlərdən də danışıb. O, Londonun get-gedə maliyyə mərkəzi kimi nufuzunu itirməsini vurğulayıb:
“Sazişin dünya iqtisadiyyatına ilkin mənfi təsirlərini bu gün də görürük. Britaniyanın özünün iqtisadiyyatında da ciddi təlatümlər, dalğalanmalar var. Hətta dünənə qədər Londonu dövriyyəsinə görə, dünyanın maliyyə mərkəzi hesab edirdilər. Onun ildə təqribən 700-800 trilyon dollarlıq dövriyyəsi vardı. İndi artıq o addan da məhrum olur. Bankların bir çoxu Avropa Birliyi ərazisinə köçürlər. Böyük şirkətlər də eyni qaydada təmsilçiliyini Avropa Birliyi ərazisində açmağa çalışırlar. Əsasən də, Almaniyanı seçirlər. Bütün bu proseslər Britaniyanın özünə mənfi təsir göstərməyə başlayacaq. Amma britaniyalıların da, “Brexit” tərəfdarlarının da belə bir fikiri var idi ki, “Biz Amerika ilə çox yaxşı ticarət anlaşması imzalayacağıq. Beləliklə, Avropadan itirdiklərimizi Amerika ticarət müqavilələri ilə qazana bilərik”. Ancaq bu bir ehtimaldır. Yaşayıb görmək lazımdır. Ona görə də bunun 2 il müddətində olacağını düşünürəm. Belə hesab edirəm ki, bu heç də birmənalı proses olmayacaq”.
N.cəfərli Britaniya və Azərbaycan arasındakı əlaqələrdən də söz açıb. O, bildirib ki, Böyük Britaniyanın Avropa Birliyindən ayrılması Azərbaycan üçün ciddi təsirə malik deyil. Əksinə, belə şəraitdə Britaniyanın Azərbaycan üçün daha da çox investisya qoymaq şəraiti artacaq:
“Britaniya ilə Azərbaycan arasındakı əlaqələr kifayət qədər genişdir. Əsasən də, enerji sektorunda. Britaniyanın ən böyük şirkətlərindən biri olan BP Azərbaycanda enerji sektorunda əsas operatordur. Həm də “Azəri - Çıraq - Günəşli” yatağının Azərbaycanla bərabər bir nömrəli payşçısıdır. İdarəetmədə BP üstünlük təşkil edir. Brtaniya Azərbaycanda ən böyük investorlardan da biridir. Bu günə qədər enerji sektorunda milyardlarla dollarlıq vəsait qoyub.n “Şaxdəniz-2” yatağında da Britaniya əsas investor və iştirakçılardan biri sayılır. TANAP layihələrinin həyata keçirilməsində də Britaniya şirkətləri önəmli rol oynayıb.
Amma çox təəssüf ki, əlaqələr əsasən, enerji sektorundadır. Yəni, Britaniyanın Azərbaycanın qeyr-neft sektoruna yatırımları azdır. İndi Britaniyanın “Brexit”dən sonra növbəti addım kimi Avropa Birliyi qaydalarını gözləmədən Azərbaycana da investisya qoymaq imkanları daha da artır. Ona görə də mən düşünürəm ki, Azərbaycan ən azından, bu vəziyyətdə Britaniya ilə daha sıx əməkdaşlıq edərək real sektora, qeyri-neft sektoruna Britaniya biznesinin cəlb olunmasına çalışmalıdır. Əvvəllər ümumi Avropa Birliyi çərçivəsində ümumi qaydalar var idi deyə, bəzi axsaqlıqlar olurdu. İndi bu qaydalardan kənarda Britaniya Azərbaycanla gözəl münasibətlər qura bilər.
Azərbaycan Avropa Birliyi üzvü deyil. Ona görə də onun Aİ-dən ayrılmasının Azərbaycan üçün heç bir ciddi təsiri yoxdur. Əksinə, Avropa Birliyi qaydaları daha sərtdir. Avropa Birliyindən yan keçməklə Azərbaycanda investisya qoyması şəraiti və imkanları yaranacaq. Buna çalışmaq lazımdır”.
Naibə Məmmədova
Telegram kanalımız