Bakı Zooparkında nə baş verir? - Yüzlərlə ziyarətçi məlumat ala bilmir

saytların hazırlanması

Evə çatdırılma

Bakı Zooparkında nə baş verir? - Yüzlərlə ziyarətçi məlumat ala bilmir

Sosial

09 Fevral 2026 15:43 441


Bakı Zooloji Parkının rəsmi internet səhifəsi fəaliyyətini dayandırıb.

“Yeni Sabah” xəbər verir ki, 2022-ci ildən etibarən yenilənən və ingilis, rus və Azərbaycan dillərində fəaliyyət göstərən www.bakuzoo.az saytına hazırda daxil olmaq mümkün deyil. İstifadəçilər səhifəyə keçid zamanı texniki xəta ilə qarşılaşırlar və portal açılmır.

Rəsmi internet səhifəsi Zooloji Parkda baş verən yeniliklərin, maraqlı xəbərlərin və keçiriləcək tədbirlərlə bağlı elanların ictimaiyyətə çatdırılmasında əsas informasiya platforması idi. Dördpendirli pizza

Saytın fəaliyyət göstərməməsi nəticəsində ziyarətçilər bu məlumatlara çıxış əldə edə bilmirlər. Eyni zamanda, Bakı Zooloji Parkına gəlişi asanlaşdırmaq məqsədilə tətbiq edilən onlayn bilet satışı da hazırda mümkün deyil. Rəsmi səhifə üzərindən həyata keçirilən elektron bilet alışı xidmətinin dayanması ziyarətçilər üçün əlavə çətinlik yaradıb.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!