Zakir Fərəcov yeni təyinat əmrləri imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Zakir Fərəcov yeni təyinat əmrləri imzaladı

Siyasət

04 Fevral 2026 11:29 1487


Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin yeni vəzifələri müəyyənləşib.

"Yeni Sabah" Milli.az-a istinadla xəbər verir ki, Teymur Səmədov başçının birinci müavini, Akif Quluyev isə başçının müavini kimi fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.

Amma başçının aşağıdakı digər üç müavininin vəzifələri isə yenilənib:  pizza sifarişi

- Ülviyyə Müzəffərova - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri (əvvəllər: İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri),

- Fəzail Hüseynov - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri (əvvəllər: Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri),

- Fərid Ələkbərov - Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin müdiri (əvvəllər: Şəhər təsərrüfatı şöbəsinin müdiri).

Qeyd edək ki, bir müddət əvvəl respublika üzrə şəhər və rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib və buna əsasən, Sumqayıt ŞİH-in aparatında 64 ştat vahidi müəyyənləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!