Zakir Həsənov pakistanlı generalla görüşdü - Video

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov pakistanlı generalla görüşdü - Video

Siyasət

23 Mart 2019 13:41 885


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan Quru Qoşunlarının komandanı, general Qamar Caved Bacva ilə görüşüb.

Müdafiə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etməsindən, xüsusi ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsindən, eləcə də strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin vacibliyini bildirərək müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bir daha qeyd ediblər. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!