Zakir Həsənov “Xəzri-2023” təlimini izlədi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov “Xəzri-2023” təlimini izlədi

Maraqlı

07 Oktyabr 2023 12:49 334


Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və digər vəzifəli şəxslər “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləyiblər.

Yenisabah.az xəbər verir ki, əvvəlcə təlimin gedişatı ilə bağlı müdafiə nazirlərinə məruzə edilib.

İki mərhələdə keçirilən birgə təlimin növbəti epizodlarında Azərbaycan və Qazaxıstanın dəniz piyadaları və xüsusi təyinatlıları digər qoşun növləri ilə qarşılıqlı əlaqədə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. Sezar pizza

Müdafiə nazirləri ümumilikdə təlimin gedişatını və hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.

Sonda təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Xəzri-2023” birgə taktiki təlimində İran HDQ-nin nümayəndə heyəti müşahidəçi qismində işirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!