Oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Yenisabah.az xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib. Hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib. pizza sifarişi
Müşavirədə, həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib.
Müdafiə naziri Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verib.
Telegram kanalımız