Zakir Qaralovun şirkətləri “qara siyahı”ya salındı

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralovun şirkətləri “qara siyahı”ya salındı

Hadisə

16 Oktyabr 2025 20:36 1624


"Akkord" şirkətlər qrupuna daxil olan iki şirkət riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Yenisabah.az "Teleqraf"a istinadla xəbər verir ki, söhbət "Akkord Qum" MMC-dən və "Akkordian Traden" MMC-dən gedir.

Qeyd olunub ki, hazırda "Akkordian Traden"in 110 min manatdan çox vergi borcu mövcuddur. Dominos pizza

Bundan başqa, qrupa daxil olan "Akkord Hydrotechnical Construction Company"nin də külli miqdarda vergi borcu yaranıb. Belə ki, hazırda şirkətin borcu 1 milyon 194 min manat təşkil edir.

Bundan əlavə, sözügedən şirkət müxtəlif illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etmədiyinə görə dəfələrlə cərimələnib.

Qeyd edək ki, "Akkord" şirkətlər qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!