Zaqatala sakinində 5 kiloqramdan çox narkotik  aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatala sakinində 5 kiloqramdan çox narkotik aşkarlandı

Kriminal

19 İyun 2019 08:35 1199


Zaqatala rayonunda yerli sakin külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Bu barədə "Yeni Sabah”a DİN-dən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın qurudulmuş marixuana aşkar olunub.  pizza mizza

Keçirilmiş tədbirlərin davamı olaraq R.Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfinən baxış keçirilib. Evin zirzəmisindən 3 kiloqram 745 qram və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!