Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə günorta saatlarında Tala çayının rayonun Yuxarı Tala kəndinin inzibati ərazisinin Meşleş adlanan hissəsindən axan hissəsində baş verib.
Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarında oturub. İstirahət zamanı valideynlərinin gözündən yayınan azyaşlı oğlu çaya düşüb və onu su aparıb. Dördpendirli pizza
Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz şöbəsinə aparılıb. Müayinə zamanı azyaşlıda heç bir həyat əlaməti olmadığı müəyyən olunub.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız