Zaqatalada mehmanxanada yanğın: bir nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada mehmanxanada yanğın: bir nəfər xəsarət aldı

Hadisə

01 Fevral 2026 09:39 400


Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, gecə saat 01 radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. pizza hut

Hadisə nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv.m sahənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!