Zaqatalada sexdə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada sexdə yanğın oldu

Hadisə

04 Mart 2023 22:10 667


Zaqatala rayonununda sexdə yanğın baş verib.

Yenisabah.az xəbər verir ki,  bu barədə Fövqəladə Halla Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aşağı Tala kəndində ümumi sahəsi 150 m² olan mühərrik yağlarının təkrar emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində hər birinin tutumu 120 litr olan 2 ədəd mühərrik yağı ilə dolu çəllək yanıb. Pepperoni pizza

"Sexin qalan hissəsi və içərisində 9 ədəd dolu çəllək yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!