Zaqatalada yol qəzasında piyada xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada yol qəzasında piyada xəsarət aldı

Hadisə

19 Noyabr 2019 21:39 1215


Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə noyabrın 19-u axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yolla hərəkətdə olan mikroavtobus rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Kostiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Kostiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Toyuqlu pizza

Xəstəxananın Reanimasiya şöbəsində müalicə alan Z.Kostiyevə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır

qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!