Zaqataladakı zəlzələ ən çox bu kəndlərdə hiss edilib

saytların hazırlanması

Evə çatdırılma

Zaqataladakı zəlzələ ən çox bu kəndlərdə hiss edilib

Kriminal

10 Avqust 2019 12:00 1053


Zaqatalada baş verən zəlzələ Qax rayonunun mərkəzində, eləcə də Güllü, Zərnə və Ləkit kəndlərində hiss edilib.

"Yeni Sabah" bildirir ki, Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsinin Oxu.Az-a verdiyi məlumata görə, zəlzələ daha çox Güllü kəndində hiss olunub:

“Zəlzələnin maqnitudası Zaqatala rayon mərkəzində olduğu üçün təkanlar daha çox ora yaxın kəndlərdə - Çobankol, Muxax və digər yaşayış məntəqələrində qeydə alınıb. Amma hər hansı dağıntı yoxdur”. Marqarita pizza

Qeyd edək ki, zəlzələ yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə qeydə alınıb. Təkanlar episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!