"Rusiya sülhməramlı kontingenti (RSK) ciddi şəkildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Erməni deputatların Qarabağa səfəri əvvəlcədən RSK komandanlığı ilə razılaşdırılmayıb".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Ermənistan parlamentarilərinin Laçın dəhlizindəki postdan qaytarılması faktını şərh edib: Marqarita pizza
“Hesab edirik ki, Rusiya sülhməramlılarının 9 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına zidd olduğu iddia edilən hərəkətləri barədə deyilənlər doğru deyil. İstər RSK-nın məsuliyyət zonasında, istərsə də Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində baş vermiş insidentləri nəzərə alaraq, hər iki tərəfin regionda vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinəcəyini gözləyirik”.
Telegram kanalımız