Sülh sazişinin hazırlanmasında İrəvan və Bakıya köməklik göstərərkən, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Xatırladıram ki, bunlar (prinsiplər) Bakıda hazırlanıb və İrəvandan konstruktiv cavab alıblar. Hesab edirik ki, bunlar mövqelərin razılaşdırılması üçün yaxşı əsasdır. Status məsələsində Bakı ilə İrəvan arasında fundamental fikir ayrılıqları qalır. Biz tərəfləri yaxınlaşdırmaq üçün üzərimizə düşəni edirik”, - Zaxarova bildirib. Toyuqlu pizza
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi çərçivəsində üçtərəfli sazişlərin mahiyyətinə və ruhuna riayət etmək son dərəcə vacibdir, bu, əsas amildir:
“Orada hər şey, o cümlədən bir-birinə münasibət yazılıb. Qarşıdurma ritorikasından çəkinmək və bütün məsələləri siyasi və diplomatik vasitələrlə həll etmək də eyni dərəcədə vacibdir”.
Azərbaycan Xarici İşlər Nazirliyi mart ayında Ermənistanla münasibətlərin normallaşdırılmasına dair beş bəndlik təklifin mətnini açıqlayıb. Bunlara suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, tərəflərin dövlətlərarası münasibətlərdə təhlükəsizliyə təhdidlərdən çəkinməsi və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik daxildir./Teleqraf
Telegram kanalımız