Zeedorf: Müsabiqə obyektiv keçirilmir

saytların hazırlanması

Evə çatdırılma

Zeedorf: Müsabiqə obyektiv keçirilmir

İdman

30 Aprel 2025 11:41 296


Klarens Zeedorf “Qızıl top” mükafatı barədə mənfi fikirlər səsləndirib.

Yenisabah.az xəbər verir ki, onun fikrincə, bu müsabiqə obyektiv keçirilmir:

“Ümumiyyətlə, nə üçün “Qızıl top” bu qədər vacibdir? Düşünmürəm ki, bu, hansısa göstərici və ya meyardır. Ola bilsin, əvvəllər belə idi. Məşqçilər və futbolçular səs verəndə, bu, mənə məntiqli görünürdü. Baxmayaraq ki, bəzən yenə də ən yaxşı futbolçunu seçmirdilər, daha çox klub yoldaşlarına və ya məşqçilərinə səs verirdilər. pizza sifarişi

Məncə, hər xətt üzrə – qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu – ən yaxşı futbolçunu ayrıca seçmək lazımdır. Sonra isə ilin ən yaxşı oyunçusunu müəyyənləşdirmək olar. İstərdim ki, bu istiqamətdə addımlar atılsın. Çox vaxt ən dəyərli oyunçu məsələn, Makelele ola bilərdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!