Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi. Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Azərbaycan Ordusu günü-gündən öz gücünü, qüdrətini daha da artırır. Bütün bunlar onu deməyə əsas verir ki, Ordumuz bu gün öz torpaqlarını qorumaq, düşməni zərərsizləşdirmək üçün bütün imkanlara malikdir.
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan şanlı Zəfərimiz, Qələbəmiz Regionun son illərdə ən çox gündəmdə olan məsələlərindən biri oldu. Bəli Azərbaycan xalqı 30 illik əsarətə 44 gündə son qoymağı və adını tarix səhifələrinə Qalibiyyət qazanmış xalq kimi yazmağı bacardı. Bütün bu uğurların altında Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin və qüdrətli Azərbaycan Ordusunun imzası vardır. Düşmənin qamətini sındıran bu gözəl tarixin əbədiləşməsinin simvoluna çevrilən isə 44 günlük haqlı Vətən savaşında qazanılan qələbənin "Zəfər Paradı" ilə sonlanması oldu. Son illərin ən mükəmməl paradı oldu. Ölkəmizdə keçirilən bu parad Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev əbəs yerə demirdi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”
Əsl Qalibiyyət hadisəsi olan bu parad özlüyündə Xalqımızın unudulmaz tarixini, iki qardaş ölkə olan Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərin rəmzi, birlik nümayişini, hərbi qüdrətin nümayişini ehtiva edirdi. Bütün bu qürur dolu anları anlatmağa cümlələr, sözlər acizdir. Deyərdim ki, ən çox diqqət çəkən məqam Azərbaycan-Türkiyə qardaşlığının bir daha qabarıq şəkildə nümayişi oldu. Zəfər paradında şəxsən iştirak edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənabları belə xitab etdi: “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” bu sözlər böyük bir mesaj idi və xar olmuş, diz çökmüş düşmənin bir daha belini sındırmaq idi. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu. Zəfər Paradının qürurverici anlarından biri də Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qisminin gətirilməsi idi. Və onu da qeyd edim ki, həmin qənimət kimi götürülmüş hərbi texnikalar "Hərbi Qənimətlər Parkında" saxlanılır və milyonlarla turist və səyahətçi oranı ziyərət edir. Qələbəmizdən sonra bir çox qürurverici yerlərin ərsəyə gəlməsi də diqqət çəkən məqamdır. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyini əyani olaraq deyə bilirik. Bir çox orden və medallar təsis olundu. Bir çox fəxri adlar öz layigli nümayəndələrinə verildi. Bir sözlə qürurumuz yerə göyə sığmaz haldadır, fəxarət hissi ilə doluyuq, Allah bu sevincli izi daimi etsin. Pepperoni pizza
Məlahət Balacanova
Telegram kanalımız