Zelenski 4 il əvvəl Putinlə nədən danışıb? - Sirlər açıldı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski 4 il əvvəl Putinlə nədən danışıb? - Sirlər açıldı

Dünya

26 Fevral 2024 09:43 4927


Ukrayna prezidenti Vladimir Zelenski 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşündən danışıb. 

Yenisabah.az-ın “Strana.ua”ya istinadən verdiyi məlumata görə, Ukrayna lideri bildirib ki, Rusiya prezidenti ilə uzun müddət söhbət edib və bu zaman Minsk razılaşmaları ilə bağlı danışıqlar aparılıb. 

Həmin söhbətdə Zelenski Putunə Ukrayna tərəfinin təklif olunan şərtləri yerinə yetirə bilməyəcəyini bildirib, həmçinin qoşunların çıxarılması ilə bağlı çətinlikləri qeyd edib. Ukrayna prezidenti əlavə edib ki, Putin atəşkəs tələb edib.  Marqarita pizza

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri Vladimir Zelenskinin 2019-cu ilin dekabrında Fransa prezidenti Emmanuel Makronu, sonra isə Almaniya kansleri Angela Merkeli aldatdığını açıqlamışdı. Aprel ayında Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynada münaqişənin qarşısını almaq üçün hər şeyi etdiyini söyləmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!