Zelenski ABŞ-nin təklif etdiyi vaxtı açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski ABŞ-nin təklif etdiyi vaxtı açıqladı

Siyasət

07 Fevral 2026 19:47 696


"ABŞ Kiyevə bu ilin yayınadək Rusiya ilə münaqişəni bitirməyi təklif edib".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

V.Zelenski ABŞ-nin münaqişə tərəflərinə məsələni həmin müddətə qədər həll etmək üçün təzyiq göstərəcəyini istisna etməyib. Ukrayna prezidenti bunu Vaşinqtonun başqa prioritetlərinin olması ilə izah edib. Dominos pizza

Ukrayna prezidentinin sözlərinə görə, Əbu-Dabidəki danışıqlarda ABŞ nümayəndələri "enerji atəşkəsi" təklif ediblər və Kiyev bununla razılaşıb.

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların nəticələrini şərh edən V.Zelenski bildirib ki, tərəflər arasında əsir mübadiləsi davam etməlidir.

O, həmçinin ABŞ-nin Rusiya və Ukrayna nümayəndələrinin gələn həftə Mayamidə görüşməsini təklif etdiyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi iştirakını təsdiqləyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!