“Zelenski ilə eyni səhnədə olmuşam“ - “Bunun adı ağılsızlıqdır!“

saytların hazırlanması

Evə çatdırılma

“Zelenski ilə eyni səhnədə olmuşam“ - “Bunun adı ağılsızlıqdır!“

Mədəniyyət

04 Mart 2022 14:36 43995


İndi hər kəsi ən çox maraqlandıran bir sual var: Rusiya-Ukrayna savaşının sonu necə olacaq?

Bu gün Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatın 9-cu günüdür. Görəsən, nəticə necə olacaq? 

Artıq ilkin nəticlər var: Rusiya bütün beynəlxalq idman federasiyalarından çıxarılır, bu ölkədə yarışlardan imtina edilir, xarici ölkədəki pavilyonları ləğv olunur. Rusiyanın bütün əsas siyasi simaları artıq sanksiya altındadır - onların xarici banklardakı əmlakları üzərinə həbs qoyulur, hesabları dondurulur. pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə Rusiya və Ukrayna arasında gedən müharibənin onun üçün xüsusi əhəmiyyət kəsb etmədiyini bildirib:

“Mənim düşündüyüm ancaq Qarabağ müharibəsi idi. Şükürlər olsun ki, Ali Baş Komandanımız müdrik insan olduğuna görə 44 gündə bu məsələni həll etdi. Bu yaxlınlarda sonuncu çıxışını izlədim. Dedi ki, “Mən bilirəm nəyi nə vaxt və necə etmək lazımdır”. Ona görə də mən bir azərbaycanlı kimi rahatam. Mənim müharibəm bitib və rahatam. Amma bu o demək deyil ki, bizim müharibəmiz bitib, bizim müharibəmiz hələ qabaqdadır. Mən bunu dəfələrlə demişəm, əsl müharibə hələ indi başlayır. Odur ki, bizim tələbələr yaxşı təhsil almalı, gələcəkdə peşəkar mütəxəssis olmalıdırlar. Əgər onlar vətəni sevirlərsə, ilk növbədə peşəkar olmalıdırlar. Bu gün Qarabağda şəhər salınırsa, asfalt çəkilirsə, bunlar hamısı keyfiyyətli olmalıdır. Bizim müharibəmiz hazırda budur”.  

Aktyor 21-ci əsrdə bu cür qanlı müharibə aparılmasını cahillik adlandırıb:

“O ki qaldı qlobal şəkildə gedən Rusiya-Ukrayna müharibəsinə, mənim zənnimcə, bunları politoloqlar, siyasətçilər, tarixçilər həll etməlidirlər. Moskvada cənab Zelenski ilə bir səhnədə olan KVN-çinin bu gün müharibə haqda nəsə deməyi fikrimcə, düz deyil. Amma bir insan kimi fikirlərimi bölüşə bilərəm, müharibə əlbəttə ki, pisdir, həm o tərəfdən, həm də bu tərəfdən insanlar boş-boşuna dünyalarını dəyişməməlidirlər. 21-ci əsrdə müharibə aparmaq, kimisə öldürmək, asmaq, bombalamaq ən böyük cahillik və ağılsızlıqdır! Bu gün qurmaq, yaratmaq, dünyaya övlad gətirmək, sevmək, sevilmək üçün nəyiniz çatışmır?”

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Veteran
    Bəhram bəy. Çooox təəssüflər olsun ki doğma Azərbaycanımızda oxuyub təhsil alıb inkişaf etmək mümkün deyil. Hər kəs xaricdə təhsil aldiqdan sonra vətənə qayıtmaq istəmir. Niyəsini özünüz deməsəniz də yax.ı bilirsiz. Bir də ki Bəhram bəy...... bir insan hər şeyi bilə bilməz. Bu millət üçün böyük təhqirdi vallah.
    4 years ago
  • Beyler Ağayev
    Ukrayna muharibesinin birbaşa Azərbaycana tesiri vardır. Müharibe aparma tajtikasuna gelince, Ukrayna qat-qat üstün seviyyede muharebe aparır. Bizim müharibe kenardan idare olunurdu, ona göre de itkilerimiz de çox oldu. Biz bize verilen fursetden tam ıstıfade ede bilmedik. Azerbaycan musteqil olmaq isteyirse, Rusiya ile yox, Türkiye ile müttefik olmalıdır. Rusiya ile yaxinliq ve müttefiklik bizi bütün dünya ile uz-uze qoya bıler.
    4 years ago
    • Zaur
      Zaur
      Siz deyən yaxşıdır, amma mümkün deyil, soz sözü rus deyir
      4 years ago  Like (0)
  • adalat
    yaxşı olardı ki kimin haglı kimin hagsız olduğu barede fikir söyliyerdin , müharibeni Şehidler, Gaziler ve komandir birge XALG uddu, ay .......
    4 years ago