Zelenski Kiyevdəki qarşıdurmadan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Kiyevdəki qarşıdurmadan danışdı

Dünya

18 Dekabr 2019 05:06 1366


Dekabrın 17-də Ukrayna Ali Radası qarşısında baş verən etiraz aksiyasında fermerlərin səsi yox, siyasi şüarlar səsləndirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata açıqlamasında bildirib.

"Hər kəsin dinc toplaşmaq hüququ var. Hər kəsin bir fikir bildirmək hüququ var. Ancaq qanunvericilik təşəbbüsləri ilə bağlı müzakirələr qanunu pozmamalıdır. Ukraynalıların rəyinə hörmət edirəm, aylardır islahat təkliflərini dinləyirik. Ancaq “Torpaq haqqında” qanuna həsr olunmuş mitinqdə fermerlərin səsi deyil, siyasi şüarlar səsləndirilib. Həm etirazçılar, həm də polislər buna görə əziyyət çəkiblər", - deyə Prezident əlavə edib. pizza mizza

V.Zelenski bildirib ki, hakimiyyət ukraynalılarla aparılan müzakirələrə əsaslanaraq birinci və ikinci oxunuşda torpaq qanunvericiliyinə dəyişikliklər edib. "Daha yaxşı həyat istəyiriksə, danışmağı, bir-birimizə hörmət etməyi və nəhayət birlikdə yaşamağı öyrənməliyik", - deyə Prezident vurğulayıb.

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən Ukrayna torpaqları əcnəbilər üçün satışa açıq olacaq. Buna etiraz olaraq aksiyaçılar Ali Rada qarşısında çadır qurmağa çalışıb. Nəticədə qarşıdurma yaranıb, həm etirazçılar, həm də polislər xəsarət alıb.

Azərtac.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!