Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! – Video

saytların hazırlanması

Evə çatdırılma

Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! – Video

Dünya

10 İyul 2019 14:42 1613


Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda keçirdiyi görüş zamanı məmuru zaldan qovub.

“Yeni Sabah” bildirir ki, iclasın gedişində Borispol Şəhər Şurasının katibi Yaroslav Qodunok spikerin sözünü kəsib. Bu isə Zelenskini əsəbiləşdirib.

Dərhal onun haqqında internetdə araşdırma aparan Zelenski Qodunokun daha öncə məhkumluq həyatı yaşadığını öyrənib. Məlumata görə, katib soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə həbsdə olub.

Bu barədə məlumatı Qodunokun özündən dəqiqləşdirən Zelenski katibi zaldan qovub. "Rədd ol burdan, quldur! Otaqdan çıx. Get gəz. Məni pis eşidirsən?", - deyə Zelenski Qodunoka deyib. / Baku.ws

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!