Zelenski Putinlə görüşə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Putinlə görüşə hazırdır

Siyasət

27 Yanvar 2026 20:40 597


Ukrayna xarici işlər naziri Andrey Sibiqa Prezident Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşə hazır olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazir "Avropa həqiqəti"nə müsahibəsində deyib.

Onun sözlərinə görə, sülh danışıqları çərçivəsində ərazilər və Zaporojye Atom Elektrik Stansiyası (AES) məsələlərinin həlli müzakirə oluna bilər. Sezar pizza

A.Sibiqa bildirib ki, sülh prosesi çərçivəsində hələ də iki ən həssas məsələ razılaşdırılmayıb: ərazilərə və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət.

"Məhz bu məsələlərin həlli üçün Prezident Putinlə görüşməyə və bunları müzakirə etməyə hazırdır", - nazir deyib.

Bununla yanaşı, o, Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşmək zərurətinin olmadığını əlavə edib.

O, həmçinin qeyd edib ki, danışıq qrupları artıq atəşkəsin parametrləri, monitorinqi və yoxlanılması qaydası ilə bağlı ətraflı söhbətlər aparıblar./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!