Zelenski şərtləri açıqladı: “Bizə ciddi təhlükəsizlik təminatları versinlər“

saytların hazırlanması

Evə çatdırılma

Zelenski şərtləri açıqladı: “Bizə ciddi təhlükəsizlik təminatları versinlər“

Siyasət

03 May 2022 14:50 616


Prezident Volodimir Zelenski Ukraynanın neytral statusu barədə danışıb. 

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, o, bu barədə “Əl- Arabiya” telekanalına müsahibəsində deyib.

“Ukraynanın neytral statusu bir halda mümkündür. Gərək konkret dövlətlər bizə ciddi təhlükəsizlik təminatları versinlər. Rusiya da bu zəmanətləri qəbul etməlidir. Bundan sonra referendum keçiriləcək və son qərarı Ukrayna xalqı verəcək”, - o söyləyib. pizza sifarişi

Zelenski hesab edir ki, Rusiya ilə danışıqların ən aktual məsələləri təhlükəsizlik zəmanətləri, Ukraynanın neytral statusu və Krımın taleyidir.

Qeyd edək ki, dövlət başçısı daha əvvəl müharibənin bitməsi üçün ölkənin şərqindəki əraziləri güzəştə getməyəcəyini demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!