“Zelenski zəmanəmizin Çörçilidir” - Corc Buş

saytların hazırlanması

Evə çatdırılma

“Zelenski zəmanəmizin Çörçilidir” - Corc Buş

Siyasət

06 May 2022 12:28 204


ABŞ-ın sabiq dövlət başçısı Corc Buş Ukrayna Prezidenti Volodimir Zelenskini İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillə müqayisə edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə özünün “Instagram” hesabında yazıb.

“Mən Prezident Zelenski ilə - zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum”, - deyə o yazıb. pizza sifarişi

Buş vurğulayıb ki, o, Ukrayna xalqının cəsarətini alqışlayır, həmçinin liderliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə Zelenskiyə təşəkkür edib.

Onun sözlərinə görə, Zelenski ukraynalıların Putinin barbarlığı və quldurluğu ilə mübarizədə tərəddüd etməyəcəklərinə onu əmin edib.

“Amerikalılar onların ruhunun gücündən və möhkəmliyindən ilham alırlar. Biz öz azadlıqları üçün mübarizə aparan ukraynalıları dəstəkləməyə davam edəcəyik”, - deyə Buş yekunlaşdırıb.Bakıvaxtı.az 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!