Zelenskinin gəlirləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Zelenskinin gəlirləri açıqlandı

Dünya

03 Yanvar 2020 18:16 1201


Ukrayna prezidenti Vladimir Zelenskinin gəlirləri açıqlanıb.

"Yeni Sabah" bildirir ki, Ukraynanın Korrupsiyaya qarşı Fəaliyyət üzrə Milli Agentliyinin saytında dərc edilmiş məlumata görə, onun “Kvartal 95” studiyasından gəliri 210 min dollardan çox olub. 

Yanvarın 3-də açıqlanan gəlir bəyannaməsinə əsasən Zelenski 2019-cu il dekabrın sonunda "Kvartal 95" studiyasından 4,8 milyon qrivna (205,9 min dollar) məbləğində lisenziya ödənişi, həmçinin ticarət markasından istifadə üçün 104 min qrivna (4,3 min dollar) kompensasiya alıb. Pepperoni pizza

Qeyd edək ki, "Kvartal 95" studiyası filmlər, seriallar, həmçinin yumoristik verilişlər hazırlayır.

Daha əvvəl "Kvartal 95" studiyasının banisi olan Ukrayna prezidenti bildirib ki, dövlət başçısı postuna seçilməsi ilə əlaqədar biznesdən uzaqlaşıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!