Zelenskinin Türkiyədən inciməyə haqqı varmı? -   “Əlaqələrin gələcəyini şübhəyə alır”

saytların hazırlanması

Evə çatdırılma

Zelenskinin Türkiyədən inciməyə haqqı varmı? - “Əlaqələrin gələcəyini şübhəyə alır”

Siyasət

02 May 2022 13:13 1779


“Ukrayna prezidentinin Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər kifayət qədər qeyri-peşəkar açıqlamadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O, Volodimir Zelenskinin Türkiyəni ikili standartlarda ittiham etməsinə münasibət bildirib: Pepperoni pizza

“Rusiya ilə müharibənin ilk günlərindən Türkiyə Ukraynaya dəstəyini ifadə edib. Həm humanitar yardım baxımından, həm də siyasi platformalarda. Eyni zamanda, Qərb dövlətlərindən fərqli olaraq, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini qızışdırmaq və təhrik etmək siyasətindən tamamilə uzaq dayanır. Türkiyə iki ölkə arasında sülhün əldə olunması üçün danışıqlarda moderator qismində iştitaka hazırlığını da vurğulayıb. Prezident Ərdoğanın rəhbərliyi altında Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşü həyata keçirilib.

Beynəlxalq münasibətlər sistemində ədaləti və hüququ əsas tutan bir dövləti Zelenskinin tənqid etməsi çox böyük haqsızlıqdır”.

“Ankara Rusiya ilə də münasibətlərə də önəm verir. Rusiyanı tamamilə təcrid etməyi gözləmək, fikrimcə, Ukrayna tərəfindən haqsız bir tələbdir. Bu günə qədər qondarma “erməni soyqırımı” ilə bağlı Türkiyəyə beynəlxalq kuluarlarda siyasi hücumlar ediləndə Ukraynanın xaricdəki diasporu, Ukrayna hakimiyyəti heç vaxt ucadan səs çıxarmayıb. 

Bu gün Türkiyə, eləcə də Azərbaycanın Ukraynaya humanitar yardımları ən üst səviyyədə həyata keçirilir. Bu baxımdan, Türkiyəyə qarşı haqsız və ədalətsiz mövqe sərgiləmək Ukrayna-Türkiyə münasibətlərinin gələcəyini şübhəyə alır”.

Rafi MÜSLÜMOV
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!