Zelenski Səudiyyə Ərəbistanında səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Səudiyyə Ərəbistanında səfərdədir

Dünya

26 Mart 2026 19:31 382


Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanında səfərdədir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Səudiyyə Ərəbistanında səfərdəyəm. Önəmli toplantılar keçirəcəyik. Təhlükəsizliyi təmin etmək üçün bizimlə əməkdaşlıq etmək istəyənlərə təşəkkür edirəm”, - dövlət başçısı bildirib. Sezar pizza

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İranın zərbələrinə məruz qalan bir çox ölkələr Ukraynanın Rusiyaya qarşı müharibə təcrübəsini öyrənməyə başlayıb. Çünki İran Moskvaya “Şahed” PUA-ları verib. Ukrayna müharibədə bu PUA-lara qarşı uğurlu döyüş təcrübəsi qazanıb.

V.Zelenskinin Səudiyyə Ərəbistanına səfəri İranın raket və PUA hücumlarına məruz qalan ölkələrlə təcrübə mübadiləsi aparmaq baxımdan diqqət çəkir.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!