Türtkiyənin Qaziantep vilayətindən olan sakinlər içməli su tapmadıqlarını deyərək yardım istəyiblər.
Yenisabah.az xəbər verir ki, canlı bağlantı ilə ARB telekanalının “Xəbər ətər” proqramına qatılan sakinlərdən biri Nuray Yıldız yardıma ehtiyac duyduqlarını bildirib:
“Hazırda vəziyyət çox pisdir. Evlər dağılıb. Bizim evimiz dağılmasa belə, təhlükəli olduğu üçün evimizə gedə bilmirik. İçməli suyumuz belə yoxdur, insanlar məscidlərin həyətində su sırasına giriblər. Hər kəs küçələrdədir. Gecəni çöldə keçirməli oluruq, hava soyuqdur, hələ qar tam əriməyib, benzin olmadığı üçün maşında gecələyən insanlar qızdırıcını yandıra bilmirlər. Azyaşlılar çox qorxublar. Bütün dünyadan yardım istəyirik”. pizza mizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız